Çatdırılma şərtləri

Əziz müştəri!
Sayt vasitəsilə “Kənddən Şəhərə” mağazasında (bundan sonra “Mağaza”) satılan istənilən qida məhsulunu Bakı şəhəri daxilində olduğunuz yeri tərk etmədən rahatlıqla sifariş edə bilərsiniz.

ÇATDIRILMA HAQQI

Çatdırılma Bakı şəhəri daxilində həyata keçirilir.

28 May, Sahil, İçərişəhər, Xətai və Gənclik metro stansiyalarının yaxınlığındakı ərazilərə sifarişin ümumi məbləği 20 AZN-dən çox olduqda çatdırılma pulsuzdur. Digər metro stansiyaların yaxınlığındakı ərazilərə, o cümlədən Səbayıl rayonu daxilində çatdırılma haqqı 4 AZN təşkil edir.

Bakı kəndlərinə və şəhərdaxili digər ərazilərə çatdırılma haqqı 7 AZN təşkil edir.

1 Iyul tarixiədək saytın yeni istifadəyə verilməsi münasibətilə bütün ərazilərə çatdırılma ÖDƏNİŞSİZDİR.

ÇATDIRILMA MÜDDƏTİ

Sifarişinizin çatdırılması üçün iki seçimdən birini seçə bilərsiniz:

Adi çatdırılma və təcili çatdırılma.

Adi çatdırılma saat 11:30 -13:00 və 19:00 – 20:30 olmaqla gün ərzində iki dəfə həyata keçirilir.

Məhsulları səbətə atdıqdan sonra sifarişinizi tamamlayarkən bu iki vaxt intervalından birini seçə bilərsiniz. 11:30 – 13:00 müddətində çatdırılması üçün sifariş 11:00-dan, 19:00 – 20:30 müddətində çatdırılması üçün isə 18:30-dan gec olmayaraq yerləşdirilməlidir.

Təcili çatdırılma: Əgər sifariş verdiyiniz məhsullar sizə ən qısa müddətdə lazımdırsa əlavə 2 AZN ödəməklə təcili çatdırılmanı seçə bilərsiniz. Təcili çatdırılma seçdiyiniz təqdirdə sifarişiniz çatdırılma ünvanından asılı olaraq 30-60 dəqiqə ərzində çatdırılacaqdır.

ÖDƏNİŞ

Sifariş məbləğini və çatdırılma haqqını qapıda (nağd) və ya kartla ödəyə bilərsiniz.

Kartla ödəmə seçdiyiniz təqdirdə ödəmə səhifəsində Kapital Bankın ödəniş səhifəsinə keçid edərək Visa və MasterCard kartları vasitəsilə etibarlı şəkildə ödənişi həyata keçirirsiniz.

Qapıda ödəmə seçdiyiniz təqdirdə isə tərəfimizdən təqdim olunan çekdə qeyd olunmuş məbləği nağd şəkildə çatdırılmanı həyata keçirən əməkdaşa ödəyirsiniz.